Cinsi əlaqə və onun faydaları.

Cinsi əlaqənin sağlamlığınıza nə qədər xeyri olduğunu heç düşünmüsünüz? Bu da tədqiqatçılara görə cinsi əlaqənin faydaları:

Cinsi əlaqənin faydaları.

Cinsi əlaqənin sağlamlığınıza nə qədər xeyri olduğunu heç düşünmüsünüz? Bu da tədqiqatçılara görə cinsi əlaqənin faydaları:

  • Arıqladır.

İdman salonuna getmək istəmirsiniz? Cinsi əlaqə də bir idman növü hesab oluna bilər. Seks yarım saatlıq bir müddətdə 15-150 kalori yandırmağınıza səbəb olur. Digər idman növləri ilə müqayisə olunduqda heç də pis nəticə deyil. Məsələn yoqa yarım saata 114, rəqs yarım saata 129 və ya yürüş 153 kalori itirmənizə imkan verir. Seks həmçinin, əzələlərin müəyyən müddət nəticəsində formaya düşməsinə şərait yaradır.

  • Ürək sağıamlığınızı yaxşılaşdırır.

Sağlam bəslənmə, xolesterolunuzu aşağı səviyyədə saxlaya bilmək ürək sağlamlığınızı tarazlı vəziyyətdə saxlamağa kömək edir. Lakin heç cinsi əlaqə də onlardan geri qalmır. Dr.Ebans seksin ürək ritminə və qan artımına müsbət təsir göstərdiyini qeyd edir. “Journal of Epidemiology and Community Health”-də dərc olunmuş bir araşdırmaya əsasən, həftədə 2 və daha çox cinsi əlaqədə olmaq infarkt riskini yarı yarıya endirir.

  • Yuxuya getmənizə köməkçi olur.

Xüsusilə streslə bağlı yuxusuzluq problemi olanlara məsləhət cinsi əlaqədir. Dr.Ebans bildirir “Cinsi həyatlarında aktiv olan insanların stres və bu kimi problemlərlə daha rahat mübarizə apardığı müşahidə olunur. Orqazm hər iki cins üçün ən qüvvətli rahatlamaq silahıdır.“

  • İmmun sisteminizi gücləndirir.

Soyuqdəymə və qrip kimi narahatlıqlarınızı bir kənara atın. Pensilvaniada yerləşən Wilkes Universitetində aparılmış araşdırmalara əsasən həftədə iki dəfədən çox cinsi əlaqədə olan insanlarda bir antikor olan immunoqlobulin A-nın 30 % daha çox ifraz olunduğu görülüb.

  • Ruhunuzun sağlamlığını gücləndirir.

Psixoloji vəziyyətinizi necə tarazlaya bilərsiniz? Dr. Patricie Tanın fikrincə həll çox sadədir: Seks. Lakin məqsədiniz sadəcə cinsi əlaqəyə girmək olmamalıdır. Psixoloji baxımdan seks stresinizi azaldır və səmimiyyət qurmanıza kömək eədərək sizi yaxşılaşdırır. Stres azaldıqca insanda kortizol səviyyəsi aşağı düşür. Buna bağlı olaraq qan təzyiqi səviyyəsi, hiperglisemiya və qarında turşu miqdarı artır.

  • Ağrılarınızın azalmasına səbəb olur.

Reaksiyanızı dəyişdirin. “Əzizim,bu gecə olmaz, başım ağrıyır.” əvəzinə “Bəli bu gecə lap yaxşıdır, çünki başım ağrıyır.” deməlisiniz. Dr. Ebansın fikrincə cinsi refleks və orqazm prosesində ifraz olunan oksitosin hormonu endorfinə çevrilir. Bu təbii uyuşdurucu da, seksi bir ağrıkəsiciyə çevirir.

  • Tualetə getmənizi kontrol altında saxlayır.

Qəribə ola bilər, ancaq mütəxəssislər seksin qadınların tualet qarıxmalarının qarşısını aldığını bildirir. Qadınlara gün içərisində və seks zamanı Kegel məşqləri etməsi məsləhət görülür. O sidik ifrazatının daha çox artmasının qarşısını alır və sıkışmanıza səbəb olan əzələləri gücləndirir. Tualetdə olarkən əzələlərinizi 3 dəqiqə sıxıb sonra açmağınız lazımdır.

  • Daha sağlam dəriyə sahib ola bilərsiniz.

Seks sizi daha da gözəlləşdirə bilər? Bəli. New Yorkda yerləşən PATH Tibbi Mərkəzinin qurucusu Eric Bravermana görə seks zamanı orqanizminiz DHEA adlı hormon ifraz edir. Bu immun sisteminizi gücləndirir, daha sağlam dəriyə sahib olmağınıza və depressiya dərəcəsini azaltmağa imkaan verir.