Bananın faydaları.

banan

Banan təbiətin bizə bəxş etdiyi mükəmməl meyvələrdən biridir. Çox vaxt bananın iç hissəsi yeyildikdən sonra qabıqları atılır. Lakin onun qabığı da xüsusilə dəri xəstəliklərinə, diş və diş ətinin sağlamlaşdırılmasına, göz qapaqları və dəridə çıxan qara ləkələrin aradan qaldırılmasına kömək edir. Banan alium, maqnezium, natrium, A,E,K və C vitaminləri ilə zəngindir. Banan yeməyiniz üçün bir çox faydalı səbəb saymaq olar. Topladığımız məlumatlar əsasında sizə bananın faydalarını təqdim edirik.

  • Böyrəklər üçün faydalıdır.

Kalium baxımından zəngin olan banan böyrək daşlarının salınmasına köməklik edir.

  • Banan enerji verir.

Tennis oyunlarını izləyərkən böyük ehtimalla fasilələrdə banan yeyən idmançıları görmüsünüz. Banan profesional idmançıların stabil olaraq yediyi qidalar sırasındadır. Gündə bir banan yemək sizi daha aktiv edəcəkdir.

  • Mədə yarası (yazva) müalicəsində istifadə olunur.

Müntəzəm şəkildə banan yemək bədəndə mədə yarasının yaranmasına qarşı immunitet formalaşdırır. Xüsusilə xlorid turşusuna qarşı mədədə qalın qoruyucu təbəqə yaranmasına kömək edir. Lakin bəzi həkimlərin fikrincə, banan mədədəki müəyyən bakteriyalara mənfi təsir göstərir. Ona görə mədə xəstəlikləri olanlara həkimə müraciət etdikdən sonra banan yemələri məsləhət görülür.

  • Tərkibində qan üçün faydalı vitaminlər var.

Bananın tərkibində olan B6 vitamini qan üçün çox xeyirlidir. Bu vitamin qanda təbii və sağlam yolla hemoqlobin yaranmasıni təmin edir. Həmçinin bu vitamin qan şəkərinin səviyyəsinin nizamlanmasına imkan verir.

  • Göz sağlamlığı üçün faydalıdır.

Ümumiyyətlə, A,C və E vitaminləri ilə zəngin olan meyvələr gözlərimiz üçün xeyirlidir. Banan da bu meyvələrdəndir. Banan gözlərin zəifləməsinin qarşısını alır.

  • Qəbizlik.

Banan sulu meyvə olmadığı üçün qəbizlik yaradacağı kimi fikir formalaşdırır. Amma əslində fruktooliqosaxaridlər qəbizliyin aradan qaldırılmasına kömək edir. Onlar nəcisin miqdarını artıraraq insanda tualetə getmək ehtiyacı yaradır. Üstəlik bananın 75 %-ini su təşkil edir.