Badımcanın faydaları.

badımcan

Badımcan yay fəslində mətbəxlərimizdə çox istifadə olunan tərəvəzdir. Xüsusilə doyuruculuğuna görə vegeterianlar badımcana üstünlük verirlər. Əla dadı ilə yanaşı, badımcanın faydaları da çoxdur. Badımcan A,C,E və K vitaminləri ilə zəngindir. Bundan əlavə badımcanın tərkibində kalium, maqnezium, natrium mövcuddur.

  • Şəkərin səviyyəsini normada saxlayır.

Badımcan lif və zəif həll olan karbohidratlarla zəngindir. Buna görə qan şəkərinin səviyyəsinin kontrolu üçün yararlıdır və eyni zamanda qlükozanın udulmasını tənzimləyir. Lakin badımcan bütün şəkər xəstələri üçün eyni nəticəni verməyə bilər.

  • Ürək sağlamlığını qoruyur.

Badımcan xolesterin səviyyəsini nizamlayır. Bununla yanaşı qan təzyini də normada saxlayır. Bunu tərkibindəki bol miqdarda kalium sayəsində bacarır.

  • Beyni qoruyur.

Badımcan beyindəki hüceyrələrin sağlam fəaliyyətinə və hafizənin funksiyalarını yerinə yetirməsinə kömək edir.

  • Bədəndə dəmir istehsalı.

Orqanizmdə dəmir səviyyəsinin aşağı olması və ya həddən artıq olması bir çox xəstəliyə səbəb olur. Badımcan tərkibindəki nasunin sayəsində bədəndəki artıq dəmir miqdarının udulmasına, aradan qaldırılmasına şərait yaradır.

  • Həzm sisteminin işini tənzimləyir.

Tərkibində lif olan bütün meyvə və tərəvəzlər həzm sisteminin işinə kömək edir. Badımcan da liflə zəngin olduğu üçün bu funksiyanı yerinə yetirir. Üstəlik qalın bağırsaq xərçənginə tutulmaq riskini azaldır, qəbizlik problemini aradan qaldırmaqda müsbət təsir göstərir və mədəni gücləndirir.

  • Siqareti tərgitməyə kömək edir.

Siqareti tərgidə bilməməyin ən böyük səbəblərindən biri nikotin asılılığıdır. Badımcan siqareti atmaq istəyənlər üçün əla vasitədir. O insanda nikotin ehtiyacını ödəyir.

  • Anti-oksidant kimi badımcan.

Badımcan anti-oksidant və antibakterial xüsusiyyəti ilə bir çox xəstəliklərə səbəb olan sərbəst radikallar və viruslara qarşı müdafiə sistemi qurur. Tərkibindəki bol miqdarda C vitamini də buna kömək edir.

  • Dəri və saç üçün faydalıdır.

Badımcan dəri xərçənginin qarşısını ala bilir. Dəridəki ölü hüceyrələri təmizləyir, qara nöqtələri aradan qaldırmağa kömək edir. O saçların nəm qalmasını təmin edir.

  • Arıqlamağa kömək edir.

Badımcanda su çox olduğu üçün kalorisi aşağı miqdardadır. Bundan əlavə tərkibindəki liflər sayəsində aclıq hissini azaldır.