Aylara görə rəng astrologiyası.

rəng astrologiyası

Rəng astrologiyası.

Hər aya məxsus bir rəng var. Doğulduğunuz ayın rənginin xarakterinizə təsir etdiyini bilirsiniz? Sizin rənginiz hansıdır deyə maraqlanırsınızsa, məqaləmizi oxumağa davam edin.

  • Yanvar.

Yanvar ayının rəngi karamel rəngidir. Bu rəng məntiqin, qərarlılığın və gücün rəmzidir. Torpaq rəngi sizin simvolunuzdur. Bu rəng həm də məsuliyyət hissinin rəngidir. Karamel rəngində geyinmək sizi praktik olmağa məcbur edəcək.

  • Fevral.

Fevralın rəngi bənövşəyidir. Bu rəng xəyal qurmağın, ilhamın və yaxşılığın rəngidir. Bənövşəyi rəng ətrafınızdakı insanları ailə kimi görməyə imkan verir. Bu rəngdə geyinmək sizin mərhəmət duyğunuzu daha da artıracaq.

  • Mart.

Mart ayının rəngi su yaşılıdır. Bu rəng insanların şüuraltına rəhbərlik edir. O güvən hissini və şəffaflığı təmsil edir. Su yaşılı rəngində geyinmək inanclarınızın və fiziki bacarıqlarınızın inkişafına kömək edəcəkdir.

  • Aprel.

Bu ayın rəngi qırmızı bibər rəngidir. Alovlu olan bu rəngin mənası tutqu (ehtiras), güc və cəsarətdir. Marsın himayəsində olan qoç bürcü bu ayda göylərin hökmdarıdır. Yaz fəslinə girdiyimiz bu ayda hər şey bollaşır. Aprel yeni başlanğıcların ayıdır. Bu rəngdə geyinmək sizə yüksək enerji verəcəkdir.

  • May.

May ayının rəngi tumurcuq yaşılıdır. O sakitləşdirici, rahatladıcıdr. Bu rəng tarazlaşdırıcı, yaxşılaşdırıcı, gəncləşdirici effektə malikdir. Buğa bürcünün ayı olan mayda Günəş dünyaya doğru hərəkət edir. Bu rəngdə geyinmək sizin düşüncələrinizi pozitiv istiqamətə yönəldəcək.

  • İyun.

İyunun rəngi sarıdır. Sarı günəş kimi parlaqdır, işıqla doludur. Sarı həyatımıza günəşin şəfəqlərini gətirir və kefimizi kökəldir. Merkurinin göylərə yüksəldiyi ay iyundur. Sarı zəkanı artırır, ruhi aktivliyinizi yüksəldir. Bu rəngdə geyinmək insanı nəşələndirir, yaddaşı gücləndirir və ünsiyyət qabiliyyətini inkişaf etdirir.

  • İyul.

Bu ayın atributu pudra rəngidir. Bu rəng zərifliyin rəngidir. O insanda sevgi və həssaslığı oyadır. Pudra rəngi qəlblərə yol tapır və ruhu yüksəldir.

  • Avqust.

Avqustun rəngi narıncıdır. Kübar və möhtəşəmdir. Bu rəng gücü və böyüklüyü xatırladır. Onun parlaqlığı qaranlığı yox edir. O xüsusilə özünüzü müdafiəyə ehtiyac duyduğunuzda sizə kömək edəcəkdir.

  • Sentyabr.

Sentyabrın rəngi tünd mavidir. Bu rəng saflığı, azadlığı, cazibədarlığı təmsil edir. Tünd mavi gərginliyi azaldır, zehninizi aydınlığa çıxarır, dünyaya baxışınızı dəyişdirir, düşüncə azadlığınızı artırır. Bu rəngdə geyinmək cəsarəti, səbri, gözəl danışıq qabiliyyətini gücləndirir.

  • Oktyabr.

Bu ayın rəngi səma mavisidir. O məhəbbəti, gözəlliyi, sülhü, sakitliyi özündə birləşdirir. Açıq mavi rəngdə geyinmək insanı xoşbəxt hiss etdirir və aldığı qərarların üzərində dayanmağı təmin edir.

  • Noyabr.

Noyabrın rəngi bordodur. Bu rəng sevgidən və ehtirasdan güc alır. Bu ayda anadan olan insanlar digərlərinin qəlbinin dərinliklərində görə bilmədiklərini görə bilirlər. Bordo rəng xəyalların yaradıcılıq qabiliyyətini artırır.

  • Dekabr.

Dekabrın rəngi firuzəyidir. Bu rəng reallığı və optimistliyi əks etdirir. Firuzəyi geyinmək qabaqcadan görmə qabiliyyətini, inam duyğusunu təmsil edir.Səyahət edərkən istifadə olunacaq ən yaxşı rəngdir.