Ayaq iyi probleminin təbii yollarla həlli.

ayaq iyi

Ayaq iyini yox etmək üçün məsləhətlər.

Ayaq iyi üzündən ayaqqabınızı çıxaracağınız yerlərə getməkdən qorxursunuz? Deməli ayaq qoxusu sizi qarabaqara izləyir. Ayaq qoxusunun başlıca səbəbi gün ərzində ayaqların tərləməsi və bu tərin ayaqqabı içərisində qurumasıdır. Tərin özü əslində iysizdir. Lakin tərləmə zamanı müəyyən bakteriyalar meydana gəlir ki, bu da ondan pis qoxu yayılmasına münbit şərait yaradır. Buna görə də öncə bakteriyalarla mübarizə aparmaq gərəklidir. Bir çox təbii vasitələrdən istifadə edərək ayaq iyinin qarşısını ala bilərsiniz.

  • Soda.

Soda ayaq tərinin pH səviyyəsini tənzimləyir və bakteriyaların sayını azaldır. Ayaqlarınızın yerləşəcəyi bir qabı ilıq su ilə doldurun və içərisinə 2 çay qaşığı soda atın. Ayaqlarınızı 20 dəqiqə suda saxlayın. İy azalana qədər bir həftə ərzində bunu hər axşam təkrarlayın.

  • Lavanda yağı.

Lavanda ayaq göbələyinin aradan qaldırılmasına kömək edir. Bir qabı ilıq su ilə doldurun, içərisinə 10-15 damcı lavanda yağı əlavə edin və ayaqlarınızı 15-20 dəqiqə bu suda saxlayın. Gündə 2 dəfə ondan istifadə edə bilərsiniz.

  • Çay.

Qara çayın ayaqdakı məsamələri balacalaşdıraraq tərləməni azaltmaq kimi  funksiyası var. 2-3 ədəd paket çayı dəmləyin və yarısına qədər su doldurduğunuz ləyənin içərisinə tökün, 15-20 dəqiqə ayaqlarızı sudan çıxarın.

  • Sirkə.

Sirkənin tərkibində turşular bakteriyalar üçün münbit olan şəraiti aradan qaldırır. Ləyəni ilıq su ilə doldurun,üzərinə 2 stəkan sirkə əlavə edin və ayaqlarınızı 15-20 dəqiqəliyə bu suya salın.Daha sonra sirkə qoxusunu itirmək üçün ayaqlarınızı sabunlayın və su ilə durulayın.

  • Zəncəfil.

Zəncəfil kökünü rəndələyin və bir stəkan isti suyun içərisində 10-15 dəqiqə saxlayın. Daha sonra onu süzün və suyu ayaqlarınıza masaj edərək sürtün. Yaxşı nəticə almaq üçün 2 həftə ərzində hər gün təkrarlayın.

  • Qarğıdalı nişastası.

Bahalı vasitələrə pul verməyə ehtiyac yoxdur. Ayaqqabılarınızın içərisinə bir az qarğıdalı nişastası səpin və ayaqlarınızın tərləməsinin qarşısını alın.

  • Limon.

Bir limonun suyunu sıxın və tərləyən ayaqlarınızı bu su ilə ovuşdurun.

  • Duz.

Duz ayaqlardakı nəm mühitin azalmasına kömək edir. Bir stəkan qaynar suyun içərisinə 1 çay qaşığı duz əlavə edin. Su soyuduqdan sonra ayaqlarınızı onunla yuyun.

Pambıq corablardan istifadə edin.