Ağız qoxusu və ondan qurtulma yolları.

Ağız qoxusu

Ağız qoxusundan qurtulma yolları

Ağız qoxusu bir çoxumuzu narahat edən problemdir. Ondan qurtulmaq üçün ilk öncə həkimə müraciət etməlisiniz. Çünki səbəblərdən ən birincisi dişlərinizdə olan çürüklər, bakteriyalar, xəstəliklər ola bilər. Daha sonrası üçün sizə kömək ola biləcək məsləhətlər hazırladıq.

  1. Mixək çeynəyin. Bu ən çox bilinən vasitələrdən biridir. Lakin həm ucuz, həm də effektiv üsuldur.
  2. Diş sapından istifadə edin, dişinizi də, dilinizi də fırçalayın. Ağız qoxusu ilə mübarizə aparmağın ilk etapı mükəmməl ağız gigiyenası ilə başlanır. Mütəxəssislərə görə, dilin arxa hissəsinə toplanmış bakteriyalar ağızdan pis iy gəlməsinə səbəb olur.
  3. Qatıq yeyin. Probiotiklərlə zəngin olan hər cür yemək və içki (kefir) ağız qoxusunun qarşısını almağa imkan verir. Bunların arasında qatıq xüsusi önəm daşıyır. Qatıq həmçinin mədədə helikobakter pilorinin miqdarını azaldır.
  4. Tez-tez və çoxlu su için. Su içmək təkcə böyrəklər üçün deyil, ağız qoxusunu azaltmaq üçün də xeyirlidir. Çox su içmək tüpürcək qoxusunu azaltmağa kömək edir.
  5. Ac qalmayın. Aradabir nəsə yemək, xüsusilə də bitki çayları içmək pis iyin qarşısını almaqda effektiv üsul olacaqdır.
  6. Darçının faydalı olduğu sahələrdən biri də ağızdakı xoşagəlməz qoxunun aradan qaldırılmasıdır. Darçınlı içkilər və darçın çeynəmək bu məsələdə sizə kömək edəcək.
  7. Yatmazdan əvvəl qarqara etməyi unutmayın. Yatmazdan öncə dişləri fırçalamaq, diş ipi ilə təmizləmək çox önəmlidir.
  8. Mədənizdə helikobakter varsa, müalicə olunun. Əks halda ağız qoxusundan qurtulmanız mümkün deyil.
  9. Rozmarin çiçəkləri, isti su, 1 ədəd dilimlənmiş limon qarışdırın və 20 dəqiqə gözləyin. Sonra onu süzün, hər sabah ac qarına və yeməkdən sonra bir balaca stəkan için.
  10. İçərisinə limon atılmış su için.
  11. Cəfəridən istifadə edin. Xüsusilə sarrımsaqlı, soğanlı yeməklərdən sonra ağzınnızda çeynəsəniz, fərqi hiss edəcəksiniz.
  12. Bir ovuc şalfeyi isti suyun içərisinə tökün və 15 dəqiqə qoyun dəmlənsin. Daha sonra süzülmüş bu suyun içərisinə nanə cövhər atın bir gün saxlayın. Səhəri gün hazırladığınız məhlulu onun yarısı qədər adi su ilə qarışdırın və ağzınızı qarqara edin.

Bənövşə çiçəkləri və cəfərini bir az suyun içərisində 10 dəqiqə qaynadın. Daha sonra onu süzün və üzərinə nanə cövhər əlavə edin. Ağız yaxalayıcınız hazırdır. Onunla yeməkdən əvvəl və sonra ağzınızı yaxalaya bilərsiniz.