6-10 yaş arası uşaqların tərbiyə metodologiyası.

6-10 yaş arası uşaqların tərbiyə metodologiyası.

6-10 yaş arası uşaqlara tərbiyə necə verilməlidir?

6-10 yaş arası uşaqlar böyüklərin hərəkətlərini yamsılayaraq özlərini böyümüş kimi göstərsələr də, onlardan yetkin insanlara xas olan davranış normalarını gözləmək yalnışdır. Xüsusilə, yorğun və yuxusuz olduqlarında, daha əvvəlki yaş mərhələlərinə xas olan vurmaq, qırmaq, əşyaları ora-bura atmaq kimi ibtidai davranışları həyata keçirə bilərlər. Həmyaşıdları arasındakı yetərsizlik, özünü təsdiqləyə bilməmək evə, ailə üzvlərinə qarşı aqressivlik formasında biruzə verə bilər. Bu dövrdə “ qızıl qayda “ onlarda guya azad olmaları düşüncəsini yaratmaqdır.Bəs bu yaş qrupu uşaqlarla necə davranmaq gərəkdir ?

  • Onun fikirlərini qəbul etməsəniz də, dinləməyi bacarın.
  • Səhvlərini analamasında övladınıza köməklik göstərin.
  • Siz istəməsəniz belə, çox da təhlükəli olmayan tələblərinin, istəklərinin həyata keçirilməsinə icazə verin. Qoyun özü yıxılıb, durmağı öyrənsin.
  • Günahlandırmayın, lağ etməyin, tənqid etməyin. Bunların əvəzinə sadəcə başa salmaq yolunu seçə bilərsiniz.
  • Uşağınızla empatiya qurun, yəni özünüzü onun yerinə qoymağı bacarın, öz uşaqlığınızı yadınıza salın, onun keçirdiyi hissləri yaşamağa çalışın.
  • Övladınızda kin duyğusu yarada biləcək ağır cəza metodlarından uzaq durun.
  • Nümunəvi davranışlarını yalnış davranışlarından daha çox izləyin və bu tip hərəkətləri vərdiş halına salması üçün ona imkan yaradın.
  • Yoldaşları ilə münasibətlərinə qarışmaq olmaz. Kiçik problemləri öz aralarında həll etmələrinə fürsət verilməlidir. Əks halda övladınız sizdən asılı şəkildə böyüyəcək. Həm öz ətrafı arasında ona qarşı inamsızlıq formalaşacaq, lağ obyektinə çevriləcək, həm də gələcəkdə sərbəst şəkildə qərarlar verməkdə çətinlik çəkəcək.