Həftənin günləri hansı mənanı ifadə edir?

Həftənin günləri hansı mənanı ifadə edir

Həftənin günləri haqda informasiya.

2.4 milyon bloq və internet rəylərini araşdıran Kanadanın Vermont Universiteti mütəxəssisləri həftənin günləri üzərində araşdırma aparmış və hansı gün nə edilməsi ya da edilməməsi gərəkənləri müəyyənləşdirdi. Həmin siyahını sizə təqdim edirik.

1.Bazar ertəsi.

Əsəblərinizə hakim olun. Bu gün infarkt keçirmə riski digər günlərdən 20% daha çoxdur.

2.Çərşənbə axşamı.

Eşqbazlıq etməyə çalışmayın. Bu gün həftənin ən az cinsi əlaqədə olunduğu gündür.

3.Çərşənbə.

Maaşın artırılmasını xahiş etmək üçün ən ideal gündür. Rəhbərlər, müdirlər işçilərini ən çox bu gün dinləyir.

4.Cümə axşamı.

Siqareti tərgitmək üçün ən uyğun gündür. İnsanların iradəsi cümə axşamları ən yüksək həddə çatır.

5.Cümə.

Pis bir hərəkət etdiyinizi etiraf etmək üçün ən uğurlu gün.

6.Şənbə.

İçmək üçün ən pis gün. İnsanlar qarşıdan bazar günü gəldiyi üçün daha çox içirlər.

7.Bazar.

İnsanların ən xoşbəxt olduğu gündür. Bu səbəbdən yeni münasibətlərə, ünsiyyətə daha çox meyilli olurlar.