Bir neçə işi eyni zamanda görərək parçalanmağa necə son qoymaq olar.

Hər işi daha asan görmək olar yetərki bunu ürəkdən istəyin.

Hər işi daha asan görmək olar yetərki bunu ürəkdən istəyin.

Əgər insan hazırda gördüyü işə konsentrasiya ola bilmirsə, o müvafiq olaraq nəticəyə gec varır. Buna səbəbsə onun eyni zamanda başqa işlərə fikrinin dağılması olur. Aşağıda Sizlərə yalnız gördüyünüz və müəyyən zaman kəsiyində yerinə yetirilməsi vacib olan işə öz enerjinizi yönləndə bilməniz üçün 5 faydalı məsləhət veriləcək.

 1. Məqsədinizi bir yerə yazın.

Əgər Siz məqsədinizi açıq aydın görmürsüzsə, çətinki Siz ona çatasız. Yazılmış məqsəd daim gözünüzün önündə olmalıdı. Məqsədi yazan zaman mümkün dərəcədə konkret olun. Məsələn: “varlanmaq və bütün dünyaya məşhurlaşmaq” yerinə “Bu ilin dekabr ayının sonuna kimi 100000 ABŞ dolları qazanmaq istiyirəm” yazın. Tapşırığı yüngülləşdirmək üçün hər məqsədinizi həyat sahələrinə əsasən bölün və konkretliyi unutmayın!!!

Məsələn:

  • Sağlamlıq-istəyirəm bu tarixə qədər ayağımdakı ağrılar sağalsın.
  • Şəxsi həyat – istəyirəm bu tarixə qədər (xanımın və ya bəyin adı)-la ailə həyatı qurum.
  • Uğaqlar – istiyirəm bu tarixdə abituriyent jurnalında övladımın adı pulsuz BDU universitetinin politologiya ixtisasına qəbul edilmişlərin içində olsun.
  • Özünü inkişafetdirmə – bu tarixə qədər ingilis dilində səbəst danışmaq istəyirəm.

və s. Unutmayın hər bir istəyin yerinə yetirilməsinə müəyyən zaman lazımdır ona görə tarix yazarkən maksimum reallaşma mümkünlüyünü nəzərə alın. İstəməyə qorxmayın hər şey tamamilə hər şey bizim beynimizdə qarşımıza qoyduğumuz məqsəd və obrazlaşdırdığımız kimi olur!

2. Bir neçə daha vacib məqsədləri seçin.

Məqsədlərinizdən hansıların Sizin üçün daha önəmli olduğunu müəyyənləşdirin və 3 ən mühümünü seçin. Bu o demək deyil ki, yerdə qalan məqsədləri yaddan çıxardın. Onlara bir müddətdən sonra geri dönün yada həftədə 1-2 saat onların yerinə yetirilməsinə zaman ayırın. Qalan zamanınızı Siz tamamən seçilmiş üç məqsədə yönəltməlisiz!

3. Gündə ən çoxu 3 iş görün.

Baxmayaraq ki müasir zəmanə bizdən çox işi eyni zamanda görməyimizi tələb edir amma buna baxmayaraq yaxşı nəticə almaq istəyirsinizsə prioritetlərin sayı çox olmamalıdır. Ona görədə gündəlik sadəcə 3 işə zaman ayırın hansı ki, bunların yetirilməsi Sizi məqsədlərinizə çatmağa yaxınlaşdırır. Əgər gün ərzində 3 məqsədinizə çatdız və günün axrına hələ çox varsa növbəti 3 məqsədi seçin və onlarla məşğul olun. İnanın bu qırx ədəd vacib məqsəd yazılmış siyahıya baxmaqdan daha səmərəli olacaq.

4. “Yox” sözünü utanmadan deyin.

Gün ərzində biz bir çox yayındırıcı faktorlarla qarşılaşırıq – məsələn: zəhlətökən ətrah və ya sosial şəbəkələrə gələn saysız faydasız mesajlar. Oyunlardan, əyləncəli internet saytlarından uzaqlaşın. İnsanlara onların xətrinə dəymədən imtina etməyi və məqsədinizə çatmağa faydası olmayacaq dialoq və görüşlərə vaxt ayırmamağı öyrənin. Unutmayın boş-boşuna itirilən hər dəqiqə Sizi məqsədinizdən eyni vaxt qədər üzaqlaşdırır.

5. Bədəninizi unutmayın.

Hansı fiziki aktivlik Sizə zövq verirsə onunla mütləq məşğul olun. Hər insanın özünəməxsus idman növünə həvəsi var ama həmişə vaxtı yoxdur. Bu stereotipi sındırın –  mütləq istədiyiniz idman növü ilə məşğul olun çunki bu Sizi məqsədlərinizə çatmağınız üçün ƏN ƏHƏMİYYƏTLİ olan pozetiv enerjinin əsas mənbələrindən biridir.

Heç olmasa bir həftə bu 5 məsləhə riayət edin. İnanın həyatınız yaxşılığa doğru dəyişəcək !!!