Xırdalanda ölümlə nəticələnən yanğın baş verdi.

Xırdalanda ölümlə nəticələnən yanğın baş verdi.

Xırdalanda yaşayış evində ölümlə nəticələnən yanğın baş verdi.

Xırdalan şəhərində vətəndaşa məxsus yaşayış evində yanğın baş verib. Yanğın nəticəsində evin köməkçi tikilisinin yanar konstruksiyaları, talvarın yanar konstruksiyaları, talvara bitişik olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən yanmış köməkçi tikilidə 1958-ci il təvəllüdlü Yusifov Faiq Vəliyulla oğlunun yanmış meyidi aşkar olunub. Talvarın və evin qalan hissəsi yanğından mühafizə olunub.

Verilən məlumata görə saat yanğın 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

mənbə