Uşaq daşıyan avtobus alışdı – 16 insan həyatını itirdi.

Uşaq daşıyan avtobus alışdı - 16 insan həyatını itirdi.

İtaliyanın yanğın xidmətindən verilən xəbərə görə, avtobusun qəzaya uğrayıb alışması nəticəsində ən azı 16 insan həyatını itirib. Xilasedicilərin sözlərinə görə həlak olmuş insanların cəsədlərində çoxlu yanıqlar var, 39 nəfər isə bu bədbəxt hadisədə xəsarət alıb. Ölü və yaralıların sayları dəqiqləşdirilir. Qəza bu gecə İtaliyanın Verona şəhərində baş vermişdir. Macarıstandan geri dönən 14-18 yaşlı şagirdləri daşıyan avtobus yoldan çıxaraq dirəyə dəymiş və sonradan alışmışdır. Şagirdlər Fransada tətil etdikdən sonra Macarıstana qayıtma yolunda bu hadisə baş vermişdir. Hadisə zamanı başqa qəza halları olmamışdır və hələki avtobusun niyə yoldan çıxıb dirəyə dəymə səbəbləri araşdırılır. Verilən informasiyaya görə həlak olmuşlar arasında əslən Fransalı olan avtobus sürücüsü və onun ailəsinin olma ehtimalı var. Avtobusda cəmi 50 sərnişin olduğu təxmin edilir.

mənbə