Türkiyə artıq Bəşər Əsədin istefasını müharibənin bitməsi üçün bir şərt kimi görmür.

Türkiyə artıq Bəşər Əsədin istefasını müharibənin bitməsi üçün bir şərt kimi görmür.

Türkiyə artıq Bəşər Əsədin istefasını müharibənin bitməsi üçün bir şərt kimi görmür. Astanada danışıqlar ərəfəsində Türkiyənin Baş nazir müavini Mehmet Şimşək “daha realistik tələblər irəli sürmək lazımdır” deyə bildirmişdir. Az öncə Ankara və üsyançılar Bəşər Əsədin istefasında israr edirdilər.

Mehmet Şimşək – Ankara artıq “Suriya münaqişəsinin həlli prezident Əsədin iştirakı olmadan mümkün deyil” fikrində israr edə bilməz deyə Davosda keçirilən forumda bildirmişdir. Bununla bərabər o bildirib ki, artıq 6 ildir davam edən və yüzminlərlə insanın həlakına səbəb olan bu müharibənin məsuliyyəti Bəşər Əsədin üzərinə düşür.

Son illər ərzində Türkiyə Suriya prezidentinin istefasına tərəf idi onun rejiminə qarşı döyüşən üsyançıları dəstəkləyirdi, amma Baş nazir müavininin qeyd etdiyinə görə onun ölkəsi realistik olmalıdır çünki vəziyyət kəskin dəyişmişdir. Bu bəyanat Astanada keçirilməsi planlaşdırılan “Suriya üzrə sülh danışıqları”-nın başlanmasına bir neçə gün qalmış səslənmişdir. Bu görüşün təşəbbüsçüləri Rusiya, Türkiyə və İran olmuşdur.

Türkiyənin mövqeyinə Rusiya ilə keçən il baş verən yaxınlaşma təsir edə bilərdi. Moskva və Ankara bir sıra mübahisəli məsələlərin  həmçinin ABŞ-ın sülh danışıqlarında iştirakını razilaşdırmağa nail olmuşdur. Bu haqda ilk Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu informasiya vermişdir.

Xatırlatmaq istəyirik ki, bir neçə gün öncə Türkiyə və Rusiya “İslam dövlətinin” mövqelərinə birgə aviazərbə endirmişdir.

 

mənbə