Türkiyə Ali Seçki Heyəti referendumun nəticələrinə qarşı etirazı rədd etdi.

ərdoğan, türkiyə

Türkiyə Ali Seçki Heyəti 16.04.2017-ci il tarixdə keçirilmiş referendumun nəticələrinə qarşı müxalifətin etirazını rədd etdi. Etiraz edənlər ölkə prezidendi Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin artırılmasına qarşı çıxır.

Türkiyə televiziyasının verdiyi xəbərə görə apelyasiyanın leyhinə heyətin 10 üzvündən cəmi 1 nəfər səs verib. Müxalif  partiyalar etiraza əsas kimi referendumun keçirilməsində yol verilən qanun pozuntuları qeyd olunmuşdur. İddiaya görə səslərin hesablanmsaı zamanı seçki komitəsi rəsmi möhürü olmayan bülletenlərin də hesablanmasına dair qərar vermişdir.

Türkiyənin Baş naziri Binəli Yıldırım qeyd etmişdir ki, müxalif partiyalar referendumun nəticələrinə qarşı məhkəmə yolu ilə etiraz edə bilər, amma küçə etirazlarına çağırış yolverilməzdir. Referendumun nəticələri məlum olandan sonra ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyədə ilk dəfə siyasi sistem sülh yolu ilə dəyişdirildiyini qeyd etmişdir.

 

mənbə