Türkiyə yük təyyarəsi qəzaya uğradı.

Türkiyə yük təyyarəsi qəzaya uğradı.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə Boeing 747 markalı yük təyyarəsi  Bişkek yaxınlığında kəndə düşən zaman ən azı 37 nəfər həyatını itirmişdir.
FHN-nin verdiyi informasiyaya görə fəlakət nəticəsində 32 ev zədələnmiş və ya tamamilə dağılmışdır.
Hal hazırda ölü və yaralıların axtarışı davam edir.

Məlumatlara görə təyyarənin dörd ekipaj üzü həlak olmuşdur. Sürücülərdən biri diri qəza yerində sağ tapılmış, lakin o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişmişdir.

MyCargo / ACT Airlines-a məxsus və Türk Hava Yolları tərəfindən sığortalanmış Boeing 747 markalı nəqliyyat təyyarəsi Manas hava limanında  eniş həyata keçirən zaman qəzaya uğramış və qəza baş verən ərazidə yanğın başlamışdır.
“Təyyarə şərqdən qərbə eniş etməyə çalışmış, lakin nədənsə bunu edə bilməmiş və böyük ehtimalla ikinci dəfə dövrə edərək eniş etməyə çalışan zaman pis hava şəraiti buna imkan verməmişdir.

Məlum olduğuna görə sözü gedən təyyarə Honkonqdan havaya qalxmış və Bişkek ərazisindən keçərək   İstanbul istiqamətində hərəkət etməsi nəzərdə tutulmuşdur.

Manas hava limanı xilas etmə işləri tamamlanana qədər bağlı qalacaqdır.

mənbə