Terrorçu-futbolçu aşkar olundu.

Terrorçu-futbolçu aşkar olundu.

Misirdə məhkəmə keçmiş futbolçu Məhəmməd Abutrikanı terrorizmlə əlaqəli adamlar siyahısına əlavə etdiyi haqda futbolçunun vəkili xəbər vermişdir. Onun dediyinə görə hökumət futbolçunu “Müsəlman qardaşları” təşkilatını maliyyələşdirməsindən şübhələnillər. Adı çəkilən təşkilat 2013-cü ilin sonda terrorçu təşkilatı elan edilmişdi.Vəkil qərara yenidən baxılmasına cəhd göstərəcəyini bildirmişdir. Futbolçunun onun nə özünün nə şirkətinin nə də onun iş partnyorlarının nə vaxtsa müsəlmaqları maliyyələşdirdiyini inkar edir.

Ölkədə 2015-ci ildə qəbul edilmiş qərara əsasən  terrorizmlə əlaqəli adamlar siyahısına əlavə edlilən adamlar ölkəni tərk edə bilməz onların aktivləri və pasportu isə müsadirə edilə bilər.

Hökumət 2015-ci ildən onun aktivlərini dondurmuşdur. Futbolçunun vəkili aktivlərin onun ixtiyarına verilməsinə cəhd göstərirlər.

Abutrika dövrünün ən uğurlu afrikalı futbolçularındandır. O karyerasını 2013-cu ildə sona yetirmişdir.

Qeyd edək ki, Abutrika 2012-ci ildə keçirilən prezident seçkilərində açıq şəkildə “Müsəlman qardaşları” namizədi olan Məhəmməd Mursini dəstəkləmişdi. Nəticədə Mursi həmin il prezident seçilmişdi ama 1 ildən sonra dövlət çevrilişi nəticəsində vəzifəsindən uzaqlaşdırılmıdı və bundan sonrada “Müsəlman qardaşları”-nın tərəfdaşları ya öldürülmüş yada həbs edilmişdir.

 

mənbə