Samsung Electronics-in vitse-prezidenti Li-Djeyenin həbsi üçün order verilib.

Samsung Electronics-in vitse-prezidenti Li-Djeyenin həbsi üçün order verilib.

Samsung Electronics-in vitse-prezidenti Li-Djeyenin həbsi üçün order verilib.

Cənubi Koreya prokurorluğu ölkənin ən varlı iş adamlarından biri, Samsung Electronics-in vitse-prezidenti Li-Djeyenin həbsi üçün order verib. Məhkəmə orderi təsdiqləsə, Li-Djeyen çərşənbə günü həbs edilə bilər.

İş adamı (Li-Djeyen),  Çxve Sun Silin (prezident Pak Kın Xenin rəfiqəsi) ətrafında dolaşan və Çxve Sun Silin karrupsiya qalmaqalı ilə əlaqələndirilib. Bu qalmaqal Çxve Sun Silin vəzifəsindən sui istifadəyə görə həbsinə səbəb olmuşdur. Sözü gedən qalmaqal prezident Pak Kın Xenə impiçment verilməsi ilə nəticələnmişdir.

180 gün ərzində Konstitusiya Məhkəməsi parlamentin qərarını təsdiqləməlidir. Hələlik ölkəyə Baş nazir başçılıq edəcəkdir.
İstintaq Çxve Sun Silin qanunsuz olaraq böyük iş adamlarını iki bağlı qeyri-hökumət xeyriyyə fonduna milyonlarla dollar ianə etməyə məcbur etdiyini ortaya çıxarıb.

Bu vəsait donorlarının ən böyüklərindən biri də Samsung olduğu meydana çıxmışdır. Beləki, məhs bu şirkətin birbaşa Çxve Sun Silə onun qızının Almanyada at sürüşü dərsləri alması üçün bir neçə milyon dollar pul verməsi istintaq nəticəsində məlum olmuşdur.

mənbə