Qısqanc ər həyat yoldaşının qulaqlarını kəsdi.

Qısqanc ər həyat yoldaşının qulaqlarını kəsdi.

Qadın qısqanc həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldı.

Əfqanıstanın şimalında Balx əyalətindədə yaşayan qadın həyat yoldaşının onun qulaqlarını kəsdiyini bildirdi. Hal hazırda zərərçəkmiş xəstəxanadadır və vəziyyəti stabildir.

23 yaşlı Zarina “mən heç bir günah etməmişəm. Bilmirəm niyə o bunu mənə etdi” deyə bildirib.

Zarina “o məni yuxudan durğuzandan sonra birdən hücum etdi” deyib . Həmçinin qadın 13 yaşında ərə getdiyini və həyat yoldaşı ilə heç vaxt yaxşı münasibəti olmadığını bildirib.

Müsahibəsində qadın həyat yoldaşının onun öz valideyinləri ilə görüşməsinə qarşı olduğunu açıqlayıb. Zarinanın sözlərinə görə həyat yoldaşı xoflu adamdır və o hər dəfə Zarina valideyinlərinin yanına gedəndə onun başqa kişilərlə görüşdüyünü düşünür. Polisin məlumatına görə Zarinanın həyat yoldaşı hüçumdan sonra evdən qaçmışdır və hal hazırda axtarışdadır.

Əfqanıstan hökuməti dəfələrlə məişət zorakılığından qorumaq üçün qanun layihələri hazırlamışdır, amma keçmiş prezident Həmid Karzay parlament tərəfindən razılaşdırılan sənədləri imzalamayıb.

Hazırki prezident Əşrəf Qanidə hələki dekabr ayında parlamentin ali palatası tərəfindən razılaşdırılmış qanun layihəsini imzalamayıb.

Oxşar hallar zamanı Əfqanıstan qadınları tez-tez həyat yoldaşları tərəfindən zorakılığa məruz qalırlar.

 

 

mənbə