Qadınlar üçün təyyarədə ayrıca oturacaqlar ayrıldı.

Qadınlar üçün təyyarədə ayrıca oturacaqlar ayrıldı.

Hindistan avia şirkıti olan Air İndia təyyarələrdə qadınlara ayrıca yerlər ayırdı. Bu qərar qadınlarının təyyarədə əks cinslər tərəfindən seksual basqı və zorakılıqdan qurtarmaq həyata keçirildi. Deyilənə görə bəzi daxili reyslərdə ilk 6 sıra oturacaqlar yalnız qadınlar tərəfindən istifadə ediləcək. Belə bir addımı atmağa uçuş zamanı sərnişin və ekipaj üzvlərinə sataçma hallarının yaranması səbəb olmuşdur. Bu yolla avia şirkət yalnız səyahət edən qadınları qorumaq niyyətindədir. 2016-cı ilin dekabr ayında Hindistanda səs küylü qalmaqal şaşanmışdı. Beləki, biznes klasla oturan kişi ekonom klasda oturmuş tənha qadının yanına keçib onun yatmasından istifadə edərək ona toxunmağa başlamışdi nəticə qadın yuxudan oyanıb ekipaja şikayət etmiş və təbii ki həmin bu iyrənc hərəkəti edən adam polis tərəfindən gözaltına alınmışdı.

Yalnız səyahət edən istənilən qadın hava limanında heç bir əlavə ödəniş etmədən bu yerlərdən birini tələb edə bilər. Avia şirkət gələcəkdə digər reyslərdə də bu kimi şəraitin qanınlar üçün yaradılmasına çalışacaqdır.

Nəzərinizə çatdırmaq istəyirik ki, Hindistanda artıq qatarlarda qadınlar üçün ayrı vaqonlar, ayrı avtobuslar hətda bəzi şəhərlərdə ancaq qadınlara xitmət edən motosikllər də var.

mənbə