Millət vəkilinin oğlu 170.000.000 ABŞ dollar mənimsədi.

seleznyov, xaker, millət vəkilinin oğlu

Millət vəkilinin oğlu etdiyi dələduzluqları boynuna aldı və yazılı etiraf imzaladı. Etirafında o  “mən bütün məsuliyyəti üzərimə götürürəm. Cəzadan qorxuram-mən Roman Seleznyov səhv etmişəm və üzr istəyirəm” deyə yazmışdır. Amma buna baxmayaraq ABŞ-da mühakimə olunan Rusiya vətəndaşı üçün ittiham 30 il həbs cəzası tələb edir. Xaker Roman Seleznyovun məhkəməsi 21 aprel 2017-ci il tarixə təyin edildi. Xatırladaq ki, o 2016-cı ilin avqust ayında 5 maddə üzrə günahkar elan edilmişdi. İttihama görə Seleznyov 170000000 ABŞ dolları mənimsəmə etmişdir. Prokurorlar 2014-cü ildə xakerin tutulması zamanı evindən tapılan kompyuterdə 1,7 milyon oğurlanmış kredit kartı nömrəsi tapıdığını bildirir.

Roman Seleznyovun tutulması böyük rezonans yaratmışdı. Beləki o ABŞ xüsusi xidmət orqanları tərəfindən Maldiv adalarında ələ keçirilmişdi. Xakerin müdafiyəcisi, onun atası millət vəkili Valeriy Seleznyov və Rusiya Xarici İşlər nazirliyi onun bu şəkildə həbsini qaçirilma və beynəlxalq hüquq normalarının pozulması adlandırmışlar.

 

 

mənbə