Həlak olmuş əsgərlərin cəsədləri döyüş zonasından çıxarıldı.

Həlak olmuş əsgərlərin cəsədləri döyüş zonasından çıxarıldı.

Müdafiə Nazirliyinin bildirdiyinə görə 25.02.2017-ci il tarixdə, Qarabağda qəhrəmancasına həlak olmuş əsgərlərin cəsədləri döyüş zonasından çıxarılmışdır.

Daha öncə qondarma Dağlıq Qarabağ respublikasının müdafiə nazirliyi Azərbaycan silahlı qüvvələrinin döyüş olan gecə hücuma keçdiklərini bildirmişdi. Bildirilirdi ki, hücum dəf edilmiş və qarşı tərəf həlak olmuşların cəsədlərini döyüş meydanında qoyaraq geri qayıtmışdır. Öz növbəsində Azərbaycan tərəfi qarşıdurmanın səbəbkarının Erməni tərəfi olduğunu, edilmiş hücum zamanı isə Azərbaycan silahlı qüvvələrimizin itki verdiyini bildirmişdir. Bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyi bildirmişdir ki, Azərbaycan tərəfi döyüşlər zamanı 5 əsgərimiz həyatını itirmiş amma Erməni tərəfi neytral zonada qalmış əsgərlərimizin cəsədlərini götürməyə maneə törədir.

Müdafiə nazirliyinin verdiyi informasiyaya görə, Beynəlxalq müşahidəçilərin iştirakı ilə 24-25 fevral tarixdə döyüşlərdə həlak olmuş əsgərlərin cəsədləri döyüş zonasından çıxarılmışdır.

 

mənbə