Həbsxana məhkumları gözətçiləri girov götürdü.

Həbsxana məhkumları gözətçiləri girov götürdü.

Həbsxana məhkumları qiyam qaldıraraq həbsxana gözətçilərini girov götürdü.

ABŞ-nın Delaver ştatı Smirna şəhərində həbsxana məhkumları qiyam qaldırmış və nəticədə həbsxana gözətçiləri girov götürülmüşdür. Verilən məlumata görə ilkin girov götürülənlərin sayı 4 nəfər olub ama onlardan ikisini məhkumlar azad etmişdir. Məhkumlardan biri yerli qəzetin jurnalistləri ilə əlaqə saxlamış və baş verənlərin səbəbkarının prezident Donald Trumpın olduğunu bidirmişdir. O prezidentin artıq etdiklərini və hal hazırda etdiklərini səbəb kimi göstərərək – “biz bilirik ki, həbsxanada hər şey pis tərəfə dəyişəcək” söyləmişdir.

Digər girovlar haqda informasiya verilmir. Hal hazırda danışıqlar davam edir.

Verilən informasiyaya görə məkumlar jurnalistlərlə məhkumlardan birinin nişanlısı vasitəsilə əlaqə yaratmışdır. Jurnalistlərlə danışıqlar zamanı məhkumlardan biri bildirib ki, onlar həbsxanada hamı üçün effektiv reabilitasiya tələb edirlər.

Jurnalistlərə zəng edən, onlar üçün prioritetin həbsxanada təhsil proqramlarının olduğunu bildirib. Həmçinin məhkumlar həbsxana üçün ayrılan pulların bölüşdürülməsinin necə həyata keçirildiyini də bilmək istəyirlər.

Smirna şəhərindəki bu həbsxana Delaver ştatında kişilər üçün ən böyük islah müəssisəsidir. Bu həbsxanada ölüm hökmlü insanlar saxlanılır. Həmçinin burada ölüm hökmlərinin icrası həyata keçirilmişdir.

 

mənbə