Belarus Azərbaycanın istəyini geri çevirmədi.

Belarus Azərbaycanın istəyini geri çevirmədi.

Belarus Baş prakurorluğu cümə günü Minskdə yaxalanan Rusiya-İsrail vətəndaşı olan bloqer Aleksandr Lapşini Azərbaycana ekstradisiya edilməsini qərara alıb. Bu qərar Rusiya və İsrailin narazılığına ramən alınıb.

Bu qərarın niyə qəbul edildiyi haqda açıqlama verilmir. Lapşinin rəsmi sənədlə tanış olmağa və baş prakurorluğun bu qərarına məhkəmə yolu ilə etiraz etməsi üçün ona 10 gün möhlət verilib.

Aleksandr Lapşin, Azərbaycan Respublikası hökuməti tərəfindən beynəlxalq axtarışa verilmişdi. Bloqer keçən ilin 15 dekabr tarixində Minsk şəhərində bir mehmanxanada saxlanılmış və Minskin mərkəzində məşhur həbsxana olan SİZO №1-ə yerləşdirilmişdir.

Rəsmi Bakı adı çəkilən, ikili vətəndaşlığı olan bu bloqeri Azərbaycan sərhəddini qeyri qanuni olaraq keçməkdə və hökumət əleyhinə çağırışlar etməkdə günahlandırır. Sadalananları törətdiyinə görə Azərbaycan Respublikasında cinayət işləri açılmışdır.

2011-ci ildən etibarən Aleksandr Lapşin rəsmi Bakı ilə razılaşdırmadan Dağlıq Qarabağa getdiyinə görə Azərbaycan Xarici İşlər nazirliyinin “qara siyahısına” daxil edilmişdir.

Bloqerin hökumət əleyhinə çağırışlarını onun 29 iyun 2016-cı il tarixli yazılarında aşkar etmişdir. Bu yazıda o  “Qondarma Dağlıq Qarabağ Respulikası”-nın müstəqilliyindən tərəf olduğunu qeyd etmişdir hansı ki bu ərazi rəsmən Azərbaycan Respublikasının ərazisinə daxildir.

Belarus rəsmiləri saxlanılmış bloqerə qarşı irəli sürülən ittihamlara dair heç bir şərh verməmişdir.

Belarusun Azərbaycanın tələbini yerinə yetirməsi bir daha iki ölkə arasında möhkəm iqtisadi və siyasi münasibətlərin mövcudluğunun açıq aydın nümayişidir.

 

mənbə