Azərbaycanda 4 terrorçu zərərsizləşdirildi.

оказали вооруженное сопротивление

Milli Təhlükısizlik Nazirliyinin məlumatına görə ölkədə 4 terrorçu likvidasiya edilib.

Terrorçuların Azərbaycan Respublikası ərazisində terror aktları planlaşdırdıqları bildirilir.

31 yanvar 2017-ci il tarixdə MTN-nin xüsusi əməliyyatı nəticəsində ağır cinayətlərin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikası vətəndaşları, M.Ulubəyov (ləqəbi-Əbu Həfsə), Q.Dəmirov (ləqəbi-Əbdülqərib), T.Alməmmədov (ləqəbi-Abdulla) və S. Məmmədov (ləqəbi-Abdulla) likvidasiya edilib. MTN-nin bildirdiyinə görə terrorçulardan biri olan F.Sadıxov (ləqəbi-Əbdülxalid) saxlanılıb.

Bildirildiyinə görə əməliyyat vaxtı qeyd edilən vətəndaşlar avtomat və tapançalardan atəş acaraq silahlı müqavimət göstəriblər.

 

Hal hazırda istintaq aparılır.

mənbə