ABŞ gömrük orqanları müsəlmanlara ölkəyə daxil olmağa icazə verdi.

ABŞ gömrük orqanları müsəlmanlara ölkəyə daxil olmağa icazə verdi.

Amerika gömrük-sərhəd xidməti, aviaşirkətlərə müsəlman ölkələri vətəndaşlarının reyslərə buraxılmasının mümkün olduğunu bildirib.

Az öncə prezident Donald Trampın fərmanı ilə ABŞ ərazisinə daxil olması qadağan edilmiş 7 müsəlman ölkəsini vətəndaşlarının artıq ABŞ ərazisinə daxil olması mümkün olacaq.

Cavab olaraq Qatar Airways aviaşirkəti gecikdirilmədən sərnişinlərin təyyarələrə qəbul etməyə başladıqlarını bildirib.

Air France aviaşirkəti də, artıq fərmana görə uçuşa buraxılmayan sərnişinlərin daşınmasını bərpa etməyə qərarlıdır.

Gömrük xidmətinin qərarına görə sənədləri qaydasında olan  7 müsəlman ölkəsini vətəndaşlarının maneəsiz olaraq ABŞ ərazisinə girə bilərlər.

 

Gömrük xidmətinin bu qərarı Sietl (Vaşinqton ştatı) şəhərində federal məhkəmə tərəfindən prezident Trampın fərmanının dayandırılmasından bir neçə saat sonra məlum olub.

 

mənbə