Yüzdən çox insan qar uçqunu və burulğan nəticəsində həlak oldu.

Yüzdən çox insan qar uçqunu və burulğan nəticəsində həlak oldu.

Əfqanıstanın şimal-şərqində qar uçqunu, qar burulğanı və güclü şaxtalar nəticəsində ən az 106 insan həyatını itirdi, onlarla insan yaralandı.

Nuristan əyalətində 2 kənd tamamən qarın altında qalıb. Qonşu Bədəhşan əyaləti də qar burulğanından ziyan görmüşdür.

Fəlakətin zərbələri Pakistana da öz təsirini göstərib beləki, 13 iinsanın bu ərazidə həlak olduğu bildirilir. Onlarla evlər darmadağın olmuş, zərərçəkmiş insanların çoxu evsiz qalmış bəziləri avtomobillərinin içindən çixa bilməmişdir.

Pis hava şəraiti olduğuna görə xilasedicilər bir çox uzaq kəndlərə gedə bilmirlər beləki, yollar keçilməz dərəcədə qarla örtülmüşdür.

Kabul beynəlxalq hava limanı uçuş zolaqlarının donması və qarlı hava şəraiti səbəbindən bağlanmışdır.

Kabul-Kandagar şossesindən qarlı hava şəraiti səbəbindən yolda qalmış təxmini 250 avtomobili polis çıxartmışdır.

Kabulla ölkənin şimalını birləşdirən əsas şosse təxmini 3 m qar örtüyü ilə tutulduğundan bağlı qalmışdır. Verilən məlumata görə 2 sürücü donub dünyasını dəyişmiş onlarla insan isə hələdə susuz yemeksiz gözləməkdədir.

Sinoptiklər pis hava şəraitinin hələ ən az bir neçə gündə sürəcəyini bildirib.

 

mənbə