Səudiyyə Ərəbistanının paytaxtı raket zərbəsinə məruz qaldı.

Səudiyyə Ərəbistanının paytaxtı raket zərbəsinə məruz qaldı.

Səudiyyə Ərəbistanının paytaxtı olan Ər-Riyad şəhərinə raket zərbəsi endirilib.

Məlumata əsasən, raket şəhərin kənarındakı hərbi bazaya düşüb. Hələki tələfat və dağıntılar barədə məlumat yoxdur. Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistan rəsmiləri raket zərbəsinə dair xəbərləri təkzib edir, partlayış səsini zəlzələ və meteorit düşməsi ilə izah etməyə çalışır. Eləcədə, xəbərdə Ər-Riyad şəhərində fövqəladə vəziyyət elan olunduğu deyilir.

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” təşkilatının nümayəndələri öz növbələrində raket zərbəsi barədə məlumatı təsdiq ediblər. Onlar bildiriblər ki, zərbə Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehə sadiq qüvvələr tərəfindən endirilib. Səudiyyə Ərəbistan Yəməndə eks-prezident Abd Rabbo Mənsur Hadini hakimiyyətə qaytarmaq niyyətində olan beynəlxalq koalisiyaya rəhbərlik edir. Koalisiya qiyamçı husilərin “Ənsar Allah” hərəkatı, eks-prezident Əli Abdulla Salehə sadiq qüvvələrlə mübarizə aparır. Həmçinin ölkədə “Əl-Qaidə” və İŞİD-in silahlıları az deyil.

 

mənbə

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*