Prezidentə atəş açdığına görə müəllimə işdən kənarlaşdırılıb.

Prezidentə atəş açdığına görə müəllimə işdən kənarlaşdırılıb.

ABŞ prezidenti Trampa atəş açdığına görə müəllimə işdən kənarlaşdırılıb.

Fox News TV kanalının bildirdiyinə görə Texas ştatında orta məktəbə çalışan müəllimə, onun atəş açdığı görüntülənən bir videoçarxın dərcindən sonra işdən müvəqqəti uzaqlaşdırılıb. Burada müəllimə televizorda prezident D.Trampın şəklinə oyuncaq su tapançasından atəş açmışdır.

İnsident Dallasda təsviri incəsənət müəlliməsi Peyal Modinin başına gəlmişdir. Müəllimə prezidentin inoqurasiya mərasimini televizordan izləyən zaman su tapançasından atəş açmağa başlamışdır. Videoçarxda onun prezidentin həyatına qəsd səhnəsinin imitasiyası əks etdirilir.

Müəllimənin özünün paylaşdığı bu videoçarxda o bir neçə dəfə böyük ekrana atəş açır. Həmçinin bunu edərkən prezidentə “ÖL, ÖL” deyə qışqırır.

Məktəb administrasiyası insidentə dair şərh verməmiş, amma müəllimlərin şagirdlərə ən yaxşı nümunə olmalı olduqlarını qeyd etmişlər.

mənbə