Ərəbistan yarımadasına qar yağdı

Ərəbistan yarımadasına qar yağdı

Dünyanın ən isti yerlərindən sayılan Ərəbistan yarımadasının İran körfəzi ölkələrini gözlənilməyən soyuq hava kütləsi bürümüşdür.

Birləşmiş Ərəb Əmirliyinin meteoroqlarının bildirdiyinə görə, şimali Ras-əl-Xaym əmirliyinin ərazisində olan Cebel Ces dağlıq massivinə qar yağmışdır. Qar həmçinin Səüdiyyə Ərəbistanın şimalında mərkəz regionun hündür bölgələrini də qar bürümüşdür.

Küveyt qəzetinin məlumatına görə, dünyanın ən isti hava şəraiti müşahidə edilən əmirlikdə şimal-qərb küləyinin surəti saatda 40-50 kilometrə çatıb. Bu səbəbdən səhər saatlarında temperatur bəzi yerlərdə 0 dərəcədən aşağı düşüb.

Güclü küləklər İran körfəzinin bütün sahilə yaxın şəhərlərində müşahidə edilir: Oman və BƏƏ-də küləyin surəti saatda 60 kilometrə çatır. Küləyin bu cür vüsət aldığı səbəbdən Dubay, Abu-Dabi və BƏƏ-nin digər şəhərlərində parklar, gəzinti zonaları və açıq havada olan əyləncə yerləri bağlıdır.

Şənbə günündən havanın temperaturunun qalxacağı gözlənsədə, regionda hazırda mövcud olan soyuq hava şəraitinin hələ 5 gün bu cür davam edəcəyi gözlənilir.

 

mənbə